Əsas məzmuna keç

Yaroslavldan Moskvaya gedən nəqliyyatın hərəkəti dron hücumu səbəbindən bağlanıb

Yaroslavl vilayətinə Ukrayna dronları hücum edib. Təhlükəsizliyi təmin etmək üçün Yaroslavdan Moskvaya gedən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Mixail Evrayev bildirib.

“Bizim bölgəyə Ukrayna dronları hücum edib. Təhlükəsizlik səbəbləri ilə Yaroslavlın Moskva prospekti ilə Cənub-Qərb Dairəvi Yolunun kəsişməsindən Moskvaya gedən nəqliyyatın hərəkəti dayandırılıb. Xahiş edirik, bu istiqamətdə və onun ətrafında hərəkət etməkdən çəkinin və ya bu hissədən kənarda başqa bir marşrut seçin”, – deyə o, “Max” qəzetində yazıb.

Qubernator qeyd edib ki, bölgədə dron təhlükəsi hələ də qalmaqdadır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…