Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Xəstəyə baxan özü xəstə düşür. Ruh halın çökür. Özünə belə kimsə lazımdır ki, sənə ruh versin. Çətin prosesdir. İnsanı ölüm böyütmür, düşdüyü vəziyyətdə dirilmək böyüdür, xəstəxana küncləri, ona baxmaq, qarşıdakının ağrı çəkdiyini görmək böyüdür. Ölümə qədər o qədər şeylər olur ki, sən hər gün böyüyürsən”.
Tezadlar.az xəbər verir ki, bu sözləri aktrisa Zülfiyyə Qurbanova “Qapqara” yutub layihəsində deyib. O, qan xərçəngindən əziyyət çəkən bacısından və onun vəfatından danışıb:
“Yas tutmağa macal tapmadım. Məsuliyyətlərim çox idi. Yas tutub 3 körpəni taleyin ümidinə buraxa bilməzdim. İkimiz də subay olsaydıq, övladlar olmasaydı, illərlə yas tutardım. İnsan bunu həyatı boyu tuta bilər. Bütün məişət işlərini görərkən yas saxlayırsan. Həyat qayğısının içindəsən. Bu da normal yas saxlayanlardan daha ağırdır. Sən tam təmizlənmirsən.