Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Kitabxanaçılar İT mütəxəssisi deyillər, amma İT mütəxəssislərinin suallarına cavab vermək məcburiyyətində oldular”.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru (artıq sabiq -red) Lətifə Məmmədova kitabxanaçıların attestasiyadan keçirilərkən haqsızlığa uğradıqlarını bildirib. O, bu barədə sosial media hesabında post paylaşıb.
SİTAT:
“Düzdür, haqsızlıqlar oldu. Kitabxanaçılar İT mütəxəssisi deyillər, amma İT mütəxəssislərinin suallarına cavab vermək məcburiyyətində oldular. Buna görə müəllimlərlə dərs keçdilər. Çox müəllim bu attestasiyadan varlandı. Müəlllimlərlə məşğul olanlar qiymət aldılar. Bu attestasiya deyil, əsl imtahan idi. Qısa müddətdə insanlar böyük həcmdə materialı öyrənməyə məcbur oldular. Amma gündəlik işdə öyrənilənlər onlara lazım olmadığı üçün bunu çox tez unudacaqlar. Bəli, bu belədir. Həyat davam edir. Amma dəhşətlisi budur ki, bu proses də davam edəcək. Bununla hər şey bitmir…”
Daha əvvəl isə Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru (artıq sabiq -red) Lətifə Məmmədova məhz bu səbəblərdən işdən istefa verdiyi barədə post paylaşmışdı:

JASMİN