14 Noyabr 2025 / 05:54

Yaşamaq istəyirsinizsə, mənə qulaq asın…

Entoni Hopkins: «İnanın mənə, qoca bir axmaqa. Mənim həyatımda işləyibsə, sizdə də işləyəcək!»
«Dünyanın hər yerində olan insanlar, harada olursunuzsa olun, bilirəm, indi sizə asan deyil.
Mən yaşlı bir adamam, çoxdan yaşayıram və həyatımı optimizmlə yaşayıram.
Ümidsiz gənclərə müraciət edirəm:
İnanın mənə. Haradasa oxumuşdum — ya Əhdi-Ətiqdə, ya da Karlos Kastanedada — bir şaman haqqında.
Quraqlıq idi — mal-qara ölürdü, insanlar ölürdü.
Və şaman dedi: “Xəndəklər qazın. Yağış üçün xəndəklər qazın.”
“Amma axı yağış yoxdur.”
“Qazın, və yağış gələcək.”
İnanmayanlar deyəcəklər ki, bu cəfəngiyyatdır.
Yaxşı, kim nəyə inanmaq istəyirsə, inansın. Bu, rasional düşüncədir.
Amma mən elə düşünürəm ki, bu gün rasional düşüncə işləmir.
Bizə irrasional düşüncə, alt şüur lazımdır!
Mən uşaq olanda, bu gün kimə çevrildimsə, elə olmağı arzulayırdım.
Bəlkə bu, bir vəhy idi, bilmirəm.
Çox da ümid etmirdim, amma arzuladığım şey baş verdi.
Və indi inanıram ki, biz zamanı sıxışdırıb özümüzə çəkə bilərik.
O gələcək haqda xəyallar: “Ah, gələn il nəsə edəcəyəm.”
Elə bir şey yoxdur — sabah yoxdur, gələn saat yoxdur.
Bu sadəcə bir imkandır.
Amma biz zamanı indiyə — bura, günəş sinirimizə, ruhumuza çəkə bilərik.
Xəndəklər qazın!
Nə etmək istəyirsinizsə, buna inanın, inanın, inanın.
Əgər inanmırsınızsa, inanırmış kimi davranın. İnanırmış kimi hərəkət edin.
Bu — gücdür. Bu — mütləq gücdür.
Və onda bu, baş verəcək.
İnanın mənə, qoca bir axmaqa. Mənim həyatımda işləyibsə, sizdə də işləyəcək.
Heç vaxt təslim olmayın!
İnanın, inanın, inanın!
Aqnostiksiniz, ateistsiniz, fərqi yoxdur — bu, heç bir əhəmiyyət daşımır.
İnanın, inanın, inanın!
Necə ki, mən inanıram.»
Entoni Hopkins
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!