3 Mart 2026 / 19:08

“Yaşıl enerji” və elektrik dəhlizləri: Bakıdan yeni mesajlar

İnterkonnektorlar Azərbaycanı Yaxın Şərqlə də birləşdirmək imkanları yaradır.

Tezadlar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır: “Avropaya tədarük etdiyimiz təbii qazın xüsusi əhəmiyyəti var. Bu əməkdaşlığı inkişaf etdirməklə bağlı müzakirələr apardıq və əməkdaşlıq genişləndiriləcək”.

Nazir qeyd edib ki, Avropa üçün Azərbayacanda “yaşıl enerji” sahəsi ilə bağlı həyata keçirilən layihələr də maraqlıdır: “Aİ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələri dəstəkləyir. Bu, həm “yaşıl enerji”nin generasiyası, həm də ümumiyyətlə elektrik enerjisi dəhlizləri il bağlı layihələrə aiddir. İnterkonnektorlar Azərbaycanı həm Avropa, həm Mərkəzi Asiya, həm də gələcəkdə Yaxın Şərqlə birləşdirmək imkanlarını ortaya qoyur. Biz bu istiqamətdə gündəlik çalışırıq və Avropa İtifaqı ilə layihələri koordinasiya edirik”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!