MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeni Zelandiyanın cənubunda 6 maqnitudada zəlzələ qeydə alınıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Avstraliyanın Geologiya Xidməti xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Sakit Okeanın cənub hissəsindəki Oklend adaları yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hər hansı itki və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Oklend adaları Yeni Zelandiyanın ən cənub yaşayış məntəqəsi olan Stüart adasından təxminən 400 kilometr cənubda yerləşən yaşayış olmayan arxipelaqdır.