29 Noyabr 2025 / 10:57

Yermak “cəbhəyə gedəcəyini” açıqladı – “New York Post”

Nəşr iddia edir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri artıq zənglərə cavab verməiyəcəyi üçün üzr istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski Aparatının keçmiş rəhbəri Andrey Yermak istefa ərizəsini təqdim etdikdən bir neçə saat sonra cəbhəyə getdiyini açıqlayıb.

Tezadlar.az “The New York Post”a istinadən xəbər verir.

“Mən cəbhəyə gedirəm və istənilən repressiyaya hazıram. Mən dürüst və ləyaqətli insanam”, – deyə o yazıb.

Nəşr iddia edir ki, Prezident Aparatının keçmiş rəhbəri artıq zənglərə cavab vermədiyi təqdirdə üzr istəyib. O, Rusiya ilə müharibənin cəbhəsinə nə vaxt və necə getmək niyyətində olduğunu və ya Ukrayna Silahlı Qüvvələrinə qoşulub-qoşulmayacağını dəqiqləşdirməyib.

“24 fevral 2022-ci ildən Kiyevdə olmağıma baxmayaraq, rüsvay oldum və ləyaqətim qorunmadı. Buna görə də Zelenski üçün problem yaratmaq istəmirəm – cəbhəyə gedirəm. Ukraynaya xidmət etmişəm və 24 fevral 2022-ci ildə Kiyevdə olmuşam. Bəlkə də yenidən görüşərik. Ukraynaya salam!”, – deyə o əlavə edib.

O, “üzərinə atılan çirkabdan qəzəbləndiyini və həqiqəti bilənlərin dəstəyinin olmamasından daha da iyrəndiyini” bildirib.

Yermakın vəzifədən azad edilməsi

Xəbər verdiyimiz kimi, 28 noyabrda Andrey Yermak istefa verib. Prezident Vladimir Zelenski bunu elan edərək, vəziyyətlə bağlı “şayiələrdən və fərziyyələrdən” qaçmaq istədiyini vurğulayıb. O, əlavə edib ki, xarici çətinliklər və müharibə şəraitində Ukrayna daxili sabitliyi qorumalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!