Yermaka qarşı cinayət işi açılib

Hərbi-Mülki Administrasiyasının Xarkov Regional Daxili İşlər Departamenti (HMİD) Vladimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı cinayət işi açıb.

Tezadlar.az xəbər verir ki, bu barədə departament Telegram kanalında bildirib.

“Andrey Borisoviç Yermak kömək etməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 5-ci hissəsi), təcavüzkar müharibəni planlaşdırmaqda, hazırlamaqda, başlatmaqda və aparmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 353-cü maddəsi) və qadağan olunmuş müharibə vasitələrindən və metodlarından istifadə etməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsi) şübhəli bilinir”, – deyə bəyanatda bildirilir.

HMİD həmçinin Yermakı qanunsuz silahlı dəstənin üzvü kimi təsnif edib. Lakin agentlik şübhəlinin Xarkov vilayətində törətdiyi cinayətlərlə bağlı heç bir faktı açıqlamayıb.

28 noyabrda Ukraynanın korrupsiyaya qarşı mübarizə qurumlarının Yermakın mənzilində və ofisində axtarış apardığı bildirilib. O, istintaqı təsdiqləyib. Zelenski daha sonra Yermakın istefa ərizəsi təqdim etdiyini və sonra onu fərmanla işdən çıxardığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş