Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Köçkünlərin yurda qayıdışı tarixi hadisədir… Uzun müddət erməni işğalı altında olan torpaqlarımızı rəşadətli Azərbaycan ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında azad etdi. Bundan sonra azad edilmiş torpaqlarda quruculuq-abadlıq işləri görülməyə başlanılıb. Bundan əvvəl, yəni 1993-cü ilin may ayında Horadiz əməliyyatı keçirildi. Həmin vaxt Füzuli rayonunun bəzi ətaziləri erməni işğalçılarından təmizləndi. Lakin Alxanlı kəndi demək olar ki, işğaldan tam azad edilmədi. Kənddə yaşayış üçün tam şərait yaradılmadı. Çünki kəndin Axundlu deyilən hissəsi erməni nəzarətində idi, ona görə də, kənddə təhlükəsiz yaşamaq mümkün deyildi. Hazırda isə Alxanlı kəndində yaşamaq, yaratmaq, işləmək üçün heç bir təhlükə yoxdur. Bunu nəzərə alan kənd sakinləri kəndə qayıtmaq, yaşamaq, yaratmaq üçün həvəsləndilər. Hətta elə vətəndaşlar oldu ki, öz vəsaiti hesabına yanmış, dağıdılmış evini özü bərpa etdi. Bu bərpada dövlətin heç bir yardımından istifadə olunmadı, belə vətəndaşlardan biri də Ağayev Samit Tapdıq oğludur. O, öz evini bərpa etdikdən sonra işıq, qaz, su problemlərini əldə etmək üçün aidiyyatı qurumlara müraciət etdi. Müraciət etdiyi zaman ona bildirdilər ki, həmin evin çıxarışını təqdim et, ondan sonra səni komunikasiya xətlərinə qoşaq. Yəqin ki, bunun nə demək olduğunu yaxşı başa düşürsünüz. Bu sənədləri almaq üçün bələdiyyəyə müraciət etməli, ondan İcra Hakimiyyətinin Memarlıq Şöbəsinə müraciət etməli, sonra isə sənədləri Əmlak Komitəsinə təqdim etməlidir. Onlar işə baxandan sonra ya qismət, çıxarış verəcəklər, ya da ki, süründürəcəklər. Çox maraqlıdır ki, əvvəlıər bütün bunların əvəzində yerli İcraHakimiyyəti nümayəndəliyinə bir arayış verirdilər, onunla da iş bitirdi. Hazırda isə bu qayda ləğv olunub, yuxarıda göstərdiyimiz qayda tətbiq olunur. Harda görünüb, ki, işğaldan azad edilmiş evlərin çıxarışı (kupçası) olsun?! Bu nə deməkdir? Məşədi İbad demişkən: “Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?”.
Vətəndaşa kömək etmədiyiniz bəs deyil, hələ bir kupça da istəyirsiniz? İnanıram kiş “Təzadlar” qəzetinin bu məsələyə müdaxiləsi qeyd edilən süni əngəllərə bir çarə tapacaq.
Qiyam Ərşədoğlu