Dünya
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Yuventus” “Liverpul”un qapıçısı Alissonu hədəfə alıb.
Tezadlar.az xəbər verir ki, “Sky Sports” nəşrinin yaydığı məlumata görə, Turin təmsilçisi gələn yay braziliyalı qolkiperi heyətinə cəlb etmək üçün ciddi resurslar ayırıb.
Qeyd edək ki, hazırda Alisson mersisaydlılarla müqaviləsinin son ilinə qədəm qoymaq üzrədir.
Xatırladaq ki, təxminən 8 ildir ki, “Liverpul”da çıxış edən Alisson zədə səbəbindən komandasının son 5 matçını buraxıb. Lakin onun mövsüm başa çatana qədər yenidən sıraya dönəcəyi gözlənilir.