Əsas məzmuna keç

Zabratda su xəttində nasazlıq: təmir işləri yekunlaşdı

Zabrat qəsəbəsindəki su xəttində qəza aradan qaldırılıb.

Tezadlar.az xəbər verir ki, iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb.

Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib.

Bildirilib ki, bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standardlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…