Ötən gün axşam saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Tezadlar.az xatırladır ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib ki, Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi və…






