Əsas məzmuna keç

Zarina Qurbanova: “Ötən mövsüm çox yoruldum”

“Komedixana”nın məşhur aktrisası Zarina Qurbanova yeni mövsüm planlarından danışıb.

Tezadlar.az xəbər verir ki, musavat.com-a açıqlama verən aktrisa bildirib ki, hazırda istirahət edir.

O, növbəti aydan yeni layihələri barədə qərar verəcək:

“Ötən mövsüm çox yoruldum. Filmdə rol aldım, “Komedixana”da çəkildim. ARB-də veriliş apardım. Universitet də oxuyuram. Hələ ki, dincəlirəm. Heç bir layihəmdən ayrılmamışam. Amma harada davam edəcəyimə də qərar verməmişəm”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…