Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan hakimiyyəti açıq şəkildə müxalifətə qarşı məqsədyönlü təzyiq strategiyası həyata keçirib.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ermənistandakı parlament seçkiləri hakimiyyətin müxalifətə qarşı görünməmiş təzyiqi və Qərbin misli görünməmiş müdaxiləsi şəraitində baş tutub.
“Müxalifətə görünməmiş təzyiq. Bir tərəfdən, Ermənistan hakimiyyəti bunu strategiya kimi tətbiq edirdi. Və mənim fikrimcə, Qərbin müdaxiləsi də seçki prosesləri kontekstində bu region üçün görünməmişdir”, – deyə o, Sputnik Radiosunda son seçkiləri şərh edərkən bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. Seçkidə 16 partiya və iki blok iştirak edib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası səslərin 49,825%-ni toplayıb.
İş adamı Samvel Karapetyanın müxalifətdəki “Güclü Ermənistan” bloku 23,281%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934% səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, iş adamı Qagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası səslərin 3,99%-ni toplayıb ki, bu da həddən cəmi 0,01% aşağıdır. Seçkilərdə iştirak 58,94% olub.
Y.Məmmədli