24 Dekabr 2025 / 10:45

“Zəfər məhz İlham Əliyevin möhkəm siyasi iradəsi, diplomatik bacarığı sayəsində mümkün oldu”

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ad günüdür.
Azərbaycan dövlət başçısı İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb. Vətən müharibəsində qazanılmış zəfər məhz Ali Baş Komandanın möhkəm siyasi iradəsi, diplomatik bacarığı sayəsində mümkün oldu.
Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial media hesabında yazıb.
O, vurğulayıb ki, hazırda regionun güc mərkəzinə çevrilən Azərbaycan, daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi bərpa edir və yenidən qurur.
“Məhz Azərbaycan Prezidentinin möhkəm siyasi iradəsi nəticəsində qısa zamanda Qarabağda və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq işləri aparılıb.
Artıq işğaldan azad olunan ərazilərimizdə 65 mindən çox vətəndaşımız məskunlaşıb, yaşayır və işləyir. Zəfərdən keçən 5 il müddətində işğaldan azad olunan ərazilərimizin bərpasına yalnız dövlət büdcəsindən 23 milyard manat vəsait ayrılıb. Bu Azərbaycanın gücünü göstərir.
Yaşadığımız bu zəfər və quruculuq günləri Azərbaycan tarixinin ən unudulmaz, şanlı günləridir. Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunan yurdlarımıza artıq gülüş və həyat qayıdıb. Bu müqəddəs amal yolunda, günəşli Azərbaycan naminə cənab Prezidentimizə bütün fəaliyyətlərində uğurlar diləyir, xoşbəxtlik, firvanlıq arzulayıram”, – deyə deputat qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!