Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ-a səfər edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Zelenksi “Telegram” kanalında məlumat paylaşıb. O bildirib ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, onun komandası və Ukraynanın müdafiəsinə dəstək verə biləcək rəsmilərlə görüşlər keçirəcək. Sitat: “Bir nömrəli prioritet raketdən müdafiə və ABŞ ilə strateji əməkdaşlıqdır. Sülh daha da yaxınlaşmalıdır”.
Ukrayna Prezidenti, deyib ki, nümayəndə heyəti Vaşinqtonda keçiriləcək mərasimdə mərhum amerikalı senator Lindsi Qrehemin xatirəsini ehtiramla yad edəcək. “Bütün Ukrayna adından Lindsi Qrehemin xatirəsini anacaq, onun Avroatlantik məkanda və dünyanın digər regionlarında təhlükəsizlik və azadlıq naminə göstərdiyi səyləri xatırlayacağıq”.
Rusiya mediası bu dəqiqələrdə Ukrayna və ABŞ əleyhinə yazılar, xəbərlər tirajlayır…
A.Məmmədli