Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 08:41

Zelenski buna görə ittiham olunur

“Mindiçin səs yazıları”nın transkripti Vladimir Zelenskinin və bütün Ukrayna elitasının ikiüzlülüyünü ifşa edib. Onlar yalnız Ukrayna dilində deyil, rus dilində ünsiyyət qururlar.

Tezadlar.az xəbər verir ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bunu TASS-a verdiyi müsahibədə bildirib.

“Qeyd edim ki, bütün bu quldurlar – Zelenski, (iş adamı Timur) Mindiç, (iş adamı Aleksandr) Tsukerman, (Zelenskinin ofisinin keçmiş rəhbəri) Andriy Yermak – yalnız rus dilində danışıblar. Bu, ikiüzlülükdür”, – deyə o bildirib.

Onun sözlərinə görə, onlar həm də Ukraynada ruslara, yəni özlərinə qarşı nifrətin alovlandırılmasında məsuliyyət daşıyırlar.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenski ilə Ermənistanın baş naziri Nikol Paşinyanın ingilis dilində ünsiyyətinə münasibət bildirib.

Diplomat vurğulayıb ki, “Bu, bir növ ucuz şoudur. Bu, həm əsasən rus dilində danışan Ukrayna, həm də Ermənistan xalqına qarşı istehza idi”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!