Əsas məzmuna keç

ZELENSKİ DÜNYA DÖVLƏTLƏRİNDƏN KÖMƏK İSTƏDİ – TƏCİLİ

Zelenskidən həyəcanlı çağırış gəldi…

“Gecikmələrin və təxirə salınmış qərarların nələrə səbəb olduğunu başa düşmək çox vacibdir”‘ – deyən Ukrayna Prezidenti Volodimir Zelenskinin beynəlxalq ictimaiyyətə “X” vasitəsilə müraciətində  bildirib ki, Ukraynaya yardım paketlərindən fərqli olaraq Rusiyaya raket tədarükündə gecikmələr olmur. Tezadlar.az onu da xatırladır ki, V.Zelenski Ukrayna şəhərlərinin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu diqqətə çatdırıb: “Tərəfdaşlarımız nəyin lazım olduğunu dəqiq bilirlər. Onlar bizi mütləq dəstəkləyə bilərlər. Bu, zəruri məsələdir”. Ukrayna Prezidentinin sözlərinə görə, kütləvi raket hücumuna məruz qalmış şəhərlərdə elektrik enerjisinin verilişi bərpa olunur. Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri son 2 gündür ki, Ukraynaya kütləvi raket hücumu edir.

Müharibə isə davam edir…

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…