21 Aprel 2026 / 08:39

Zelenski Magyarla bağlı qeyri-münasib yanaşmasına görə qınanılıb

Ukrayna prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib ki, Ukrayna lideri gələcək Macarıstan Baş naziri Peter Magyarla bağlı səhv diplomatik yanaşma seçib.

Tezadlar.az xəbər verir ki, o, bunu sosial media saytında yazıb.

Mendel Zelenskini Magyar məsələsinə yanlış yanaşmasına görə qınayıb və Ukrayna prezidentinin “hətta kiçik səhvlərin belə ölümcül risklərə səbəb ola biləcəyi” bir yerdə riskli diplomatiya apardığını vurğulayıb. O, hesab edir ki, Ukrayna hazırda çətin vəziyyətdədir.

Bir müddət əvvəl Macarıstan parlament seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar Zelenskini Drujba boru kəməri vasitəsilə ölkəsinə neft tədarükünü bərpa etməyə çağırıb. O, ölkəsinin şantajı qəbul etməyəcəyini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!