Əsas məzmuna keç

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA GÖRÜŞƏCƏK

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək.

Tezadlar.az bildirir ki, bu barədə BFMTV Yelisey Sarayına istinadən xəbər verir.

Makronun Fransaya Notr-Dam kilsəsinin açılış mərasiminə gələn Tramp və Zelenskini üçtərəfli görüş üçün toplayacağı vurğulanır.

Zelenski dekabrın 7-də Parisə gəlib. Onunla yanaşı, kafedralın açılışına 40-a yaxın ölkənin dövlət və hökumət başçıları dəvət olunub. Eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Co Bayden “plan münaqişəsi” səbəbindən tədbirə qatılmaqdan imtina edib. Onun yerində həyat yoldaşı Jill iştirak edəcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…