Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 17:20

Zelenski təsdiqlədi: Rusiyanın konteyner gəmisi və iri neft emalı zavodu dronlara qurban getdi!

Gözlənildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski bu barədə “Telegaram”da paylaşım edib. Zelenskinin sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan “Yanina” konteyner gəmisi vurularaq batırılıb. O, həmçinin  əlavə edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Başqırdıstanda yerləşən üç Rusiya neft emalı zavodunun infrastrukturunu da hədəfə alıb. “Hədəflər təxminən 1600 kilometr məsafədə yerləşirdi. Bunlar ildə milyonlarla ton neft emal edən zavodlardır. Dəqiq zərbələrə görə təşəkkür edirəm”, – deyə Ukrayna Prezidenti vurğulayıb. Prezident Ukrayna hərbçilərinə təşəkkür edərək bildirib ki, zərbələr yalnız Rusiyanın müharibəni təmin edən obyektlərinə endirilir və uzaqmənzilli zərbələr planı mərhələli şəkildə həyata keçirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!