Əsas məzmuna keç

Zelenski Trampa iPad hədiyyə etmək istəyib, amma…

Ukrayna prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa Ukraynadakı hərbi əməliyyatların gedişatını izləyən iPad hədiyyə etmək istəsə də, o, tədbirə qatılmayıb.

Tezadlar.az bildirir ki, bu barədə “Financial Times” qəzeti məlumat verib.

“Düzünü desəm, onu Münhendə Trampa vermək istəyirdim. Niyə? Çünki iPad-imdə hansı hücumların baş verdiyini – dronlar, raketlər və sair kimi dərhal görə bilirəm”, – deyə Zelenski bildirib.

Ukrayna lideri daha sonra planşeti Böyük Britaniya Kralı III Çarla hədiyyə edib. Onun sözlərinə görə, cihaz ona səmadakı hər bir hədəfi və cəbhədəki vəziyyəti izləməyə imkan verir.

Zelenski 17 martda Londona gəlib. O, III Çarlzla Bukinqem Sarayında görüşüb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…