Zelenski Trampdan hərbi yardım alacaq və…

Oxunma sayı: 49

Yaxın günlərdə Ukrayna prezidenti V.Zelenski Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ABŞ-dən kəşfiyyat və hərbi dəstəyi bərpa etməyi xahiş edəcək. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” (FT) qəzeti yazıb. Nəşr bildirib ki, Ukrayna nümayəndə heyəti Amerika tərəfini Kiyevin münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğuna inandırmağa çalışacaq. O da  məlum olub ki, Ukrayna tərəfi Moskvaya qarşı qismən atəşkəs, uzaqmənzilli raket və dron zərbələrinə, Qara dənizdə hərbi əməliyyatlara qadağa qoyulması ilə bağlı tələb irəli sürəcək. “Ukrayna ümid edir ki, bu istiqamətdə danışıqlarda irəliləyiş ABŞ-ı kəşfiyyat məlumatlarının mübadiləsini və silah tədarükünü dondurmaq qərarından dönməyə məcbur edəcək”, – deyə məqalədə vurğulanıb.

Bütün bunlar Rusiyanın siyasi və hərbi dairələrində ciddi şəkildə izlənilir və ən yüksək səviyyədə narahatlıq var. Vladimir Putinin ətrafı Trampın yaxın 10 gün ərzində  mövqeyində xeyli dəyişiklik olduğunu görür və ölkə mediası bu barədə yazır da.

A.Məmmədli

Xəbəri paylaş