Əsas məzmuna keç

Zelenski Trampla görüşməzdən əvvəl Vaşinqtonda Qərb liderləri ilə görüşür

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşür.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Məlumata görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Key Starmer və Corcia Meloni, həmçinin Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşləri nəzərdə tutulub.

Artıq oteldə Zelenski ilə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq arasında görüş baş tutub.

Ağ Evin məlumatına görə, Trampın əvvəlcə Zelenski ilə bir saat danışması, sonra isə Avropa liderlərini qəbul etməsi planlaşdırılır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…