7 May 2026 / 22:15

Zelenskinin əsirlərin azad edilməsi ilə bağlı açıqlaması

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bu gün ABŞ Prezidentinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Tezadlar.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib ki, bu görüşlərdə xüsusilə əsirlərin azad edilməsi, diplomatik prosesin aktivləşdirilməsi və təhlükəsizlik sahəsində bir sıra məsələlər müzakirə olunacaq.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla görüşmək üçün Mayamiyə yola düşüb.

Tezadlar.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.

“Bəli, yola düşüb və artıq Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edilib, tezliklə bu barədə məlumat olacaq”, – D.Litvin qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!