Vladimir Zelenskinin reytinqi 15,9%-ə düşüb.
Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın “STRANA.ua” nəşri Socis araşdırmasına istinadən xəbər verir.
Qeyd olunur ki, Zelenskinin reytinqi demək olar ki, bütün 2024-cü il ərzində aşağı düşüb.
“Təkcə yayda o, 1% artıb, lakin ümumilikdə 2024-cü ilin fevralında 21,7%-dən bu ay 15,9%-ə qədər azalıb”, – materialda deyilir.
Araşdırmaya görə, birinci yerdə 27,2 faizlə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı gəlir. İkinci yerdə Zelenski, üçüncü yerdə isə 5,8 faizlə Ukraynanın eks-prezidenti Pyotr Poroşenko qərarlaşıb.
Bundan əvvəl “The Economist” yazıb ki, Zelenski Ukraynada mümkün seçkilərdə Zalujnıya uduzacaq.
ELBAR