Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 12:33

“Zəngəzur” gəmisi azadlığa qovuşdu – sanksiya ləğv edildi

Böyük Britaniya Azərbaycana məxsus “Zəngəzur” gəmisinə tətbiq etdiyi sanksiyanı ləğv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Britaniya hökuməti 7 iyulda məlumat yayıb.

Məlumatda bildirilir ki, “Zəngəzur” neft tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.

Qeyd edilib ki, sözügedən gəmi “Ukraynanın destabilizasiyasına kömək, o cümlədən bu ölkənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etmək, Rusiya hökumətinin gəlir əldə etməsinə yardımçı olmaq kimi” ittihamlarla sanksiyalar siyahısına daxil edilmişdi.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurası qəbul etdiyi qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisinə, eləcə də ASCO ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

apa

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!