Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zəngilanda imzalanmış hökumətlərarası sənəd Azərbaycan və Rusiya arasında əməkdaşlığın strateji istiqamətlərini müəyyən edir.
Tezadlar xəbər verir ki, bu barədə müsahibəsində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Xakimov bildirib.
“Bu yaxınlarda Zəngilanda Azərbaycan və Rusiya arasında hökumətlərarası sənəd imzalanıb. Bu sənəddə biz bütün strateji istiqamətləri qeyd etdik. İmzalanmanın məhz Zəngilanda baş tutması bizim üçün çox əlamətdar idi”, – o deyib.
Xakimovun sözlərinə görə, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri olaraq qalır.
O vurğulayıb ki, Azərbaycandakı Rusiya biznesi üçün prioritetlərdən biri mövcudluğun genişləndirilməsi, o cümlədən Rusiya şirkətlərinin azad edilmiş ərazilərdəki fəaliyyəti olacaq.
Xakimovun sözlərinə görə, Azərbaycanın sənaye parkları, texnoparkları və xüsusi iqtisadi zonaları Rusiya tərəfindən istehsalın lokallaşdırılması və məhsulların daha sonra xarici bazarlara ixracı üçün mühüm meydançalar kimi nəzərdən keçirilir.