Əsas məzmuna keç

10 ayda büdcədəki 280 milyon xərclənmədən niyə geri qaytarılıb?

2025-ci ilin yanvar–oktyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 279 milyon 913,4 min manat məbləğində vəsait geri qaytarılıb. Tezadlar.az xatırladır ki, Maliyyə Nazirliyi belə bir rəsmi rəqəm açıqlayıb. Məlumata görə, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…