Əsas məzmuna keç

10 nəfər Azərbaycan vətəndaşı HTP çərçivəsində Latviyada təhsil alacaq

Təhsil sahəsində əməkdaşlıq çərçivəsində 2026-2027-ci tədris ilində 10 nəfər Azərbaycan vətəndaşı Latviyada təqaüdlə təhsil alacaq.

Bu barədə Tezadlar.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Latviya tərəfinin yekun qərarına əsasən, təqaüd hüququ qazanan Azərbaycan vətəndaşları bu ölkənin Riqa Stradınış Universiteti, Riqa Texniki Universiteti, Latviya Universiteti, Latviya Biologiya Elmləri və Texnologiyaları Universiteti, Nəqliyyat və Rabitə İnstitutu, “Turība” Ali Biznes Məktəbi və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil almaq imkanı əldə ediblər.

Qeyd olunub ki, Latviya hökumətinin təqaüd proqramından faydalanan 22 ölkə arasında Azərbaycan təqaüdçülərin sayına görə ilk beşlikdə yer alır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…