Bakıda 14 yaşlı qıza qarşı zorakılıq edən 49 yaşlı Gürcüstan vətəndaşı Tahir Sadıqov saxlanılıb. Tezadlar.az xəbər verir ki, zərərçəkən qız bildirib ki, xalasının qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Tahir Sadıqov tərəfindən ona qarşı qeyri-etik hərəkətlər edilib. Azyaşlı qız iddia edir ki, bununla bağlı digər qohumlarına məlumat versə də, onun dediklərinə məhəl qoyan olmayıb. Düz 7 il xalasının evində şiddətə və istismara məruz qalıb. 49 yaşlı T. Sadıqov isə qızcığaza başına gələnləri danışacağı tədqirdə çəkdiyi viedoları yayacağı ilə hədələyib. Məlumat üçün bildirək ki, 14 yaşlı zərərçəkən qız 7 yaşı olanda anasını itirib, atası isə ona sahib çıxmaqdan imtina edib. Anasının ölümündən sonra isə qıza xalası baxıb.
Azərbaycan DİN-dən bildirilib ki, faktla bağlı ərazi üzrə polis bölməsində cinayət işi açılıb. Gürcüstan vətəndaşı olan 49 yaşlı Tahir Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Növbəti xəbər yüklənir…






