21 Dekabr 2025 / 09:08

14 yaşlı qızın intim görüntüləri başqasının telefonunda necə peyda ola bilir?- SUAL

Tbilisidə 14 yaşlı qızı intim görüntüləri ilə təhdid edərək cinsi münasibət və pul tələb edən orta yaşlı şəxs saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb. Məlumata görə, Tbilisi Prokurorluğunun Şəxsi Həyata Müdaxilə ilə Mübarizə Departamenti tərəfindən aparılan araşdırma nəticəsində təqsirləndirilən şəxsin saxta İnstaqram hesabı vasitəsilə 14 yaşlı yetkinlik yaşına çatmayan qızla yazışdığı və bu zaman ona intim video material göndərdiyi məlum olub. Həmçinin, təhdid və məcburetmə nəticəsində o, zərərçəkmişin şəxsi həyatını əks etdirən intim foto və video materiallarını əldə edib qanunsuz olaraq saxlayıb, yaymaqla hədələyərək, yetkinlik yaşına çatmayan şəxsi digər intim materialları göndərməyə və onunla münasibətlərini davam etdirməyə məcbur edib. Təqsirləndirilən şəxs zərərçəkmişi müxtəlif yollarla, o cümlədən vaxtaşırı yetkinlik yaşına çatmayan şəxsin və onunla əlaqəli şəxslərin hesabına pul köçürməklə razı salmağa çalışıb. Prokurorluğun açıqlamasında deyilir ki, təqsirləndirilən şəxsin törətdiyi hərəkətlərə görə yetkinlik yaşına çatmayan qız özünə zərər vurub. Saxlanılan şəxs Cinayət Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsi (şəxsi həyat sirrinin qanunsuz əldə edilməsi, saxlanması və istifadəsi) və 141-ci maddəsinin 1-ci hissəsi (on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkət) ilə ittiham olunur. Saxlanılan şəxsi 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İndi çoxları sual edir: 14 yaşlı qızın intim görüntüsü başqasının telefonunda necə meydana çıxıb? Valideynlər bu suala ciddi və aqumentli cavab axtarmaqdadır…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!