Milli Məclisin növbəti plenar iclasında təqdim etdiyim təkliflərdən biri də büdcə ilə təqvim ilinin fərqləndirilməsi məsələsinə baxılması ilə bağlı idi.
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
“Etiraf etmək lazımdır ki, iqtisadi inkişafda büdcə xərclərinin xüsusi payı var. İlin əvvəlində xüsusən iqtisadi fəaliyyətə yönəlik xərc maddələrində nisbətən az xərcləmələr ümumi daxili məhsuldakı artıma təsirsiz ötüşmür. Büdcə icrasını müzakirə etdiyimiz 2025-ci ildə ÜDM-də artım faizi 1.4 faiz olsa da, ötən ilin ilk rübündə cəmi 0.3 faiz artım qeydə alınıb. Təbii ki, bu o demək deyil ki, ÜDM artım faizindəki dəyişikliklər sadəcə büdcə xərcləmələri ilə bağlıdır. Digər iqtisadi faktorlar da birbaşa təsir edir. Amma sözsüz fiskal səbəblər də diqqətdən qaçmamalıdır.
Büdcə ilin təqvim ilinin eyni olması ilin son aylarında, xüsusən dekabr ayında büdcədən daha çox vəsait ayrılmasına səbəb olan faktorlardan biridir. Nəticədə, iqtisadi aktivliyin aylar üzrə tam dəstəklənməsi və vəsaitlərin daha səmərəli xərclənməsi üçün büdcə ilinin təqvim ilindən fərqləndirilməsi məqsədəuyğundur. Böyük Britaniya, Yaponiya, Kanada və uğurlu model kimi təqdim edilən Sinqapur, eləcə də resursla zəng olan Küveyt və Qətər daxil olmaqla bir sıra dövlətlərdə büdcə ilin yanvarın 1-dən deyil, aprel ayından başlayır və martın 31-i başa çatır. Azərbaycanda mart ayında qeyri-iş günlərinin çox olmasına baxmayaraq, bu praktikanın ölkəmizdə tətbiqi büdcə xərcləmələrin iqtisadiyyatın əksər sektorları daxil olmaqla, ÜDM-ə müsbət təsirlərini artıra bilər”, – deyə o qeyd edib.
JASMİN