Əsas məzmuna keç

19 yaşlı qızı zorla qaçıran iki qardaş saxlanılıb

Gürcüstanda da belə hadisələr baş verir… Bolnisidə 19 yaşlı qızın evlənmək məqsədilə qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi ilə bağlı iki nəfər saxlanılıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslər – 1998-ci il təvəllüdlü B.İ və 1995-ci il təvəllüdlü Q.İ hadisəni qrup halında törədiblər. Onlar Bolnisi rayonunda aparılan operativ-axtarış tədbirləri nəticəsində isti izlərlə tutulublar. İstintaq zamanı müəyyən edilib ki, B.İ qardaşı Q.İ-nin köməyi ilə 2006-cı il təvəllüdlü qızı qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük motivi ilə zorla ərə vermək niyyətilə azadlığından qanunsuz şəkildə məhrum edib. Cinayət barədə məlumat daxil olduqdan dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində qızın yeri həmin gün müəyyən edilib və şübhəlilər saxlanılıb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi üzrə – əvvəlcədən razılaşdırılmış qrup tərəfindən qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə aparılır. Sözügedən cinayət əməlinə görə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…