Dekabrın 3-ü saat 11:00-da xüsusi müsadirə edilmiş əmlaklar hərraca çıxarılacaq.
Tezadlar.az xəbər verir ki, hərraca mənzil, torpaq sahəsi, qayıq, telefon və qeyri-yaşayış sahəsi çıxarılacaq.
Beləliklə, Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyadov prospekti, ev 7a, mənzil 3 ünvanında yerləşən 61,11 kvadratmetr mənzil 175 min manat start qiyməti ilə satışa çıxarılır. 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılan mənzilin behinin məbləği 17,5 min manatdır. Əlaqəli şəxs: Fuad Tağıyev / 070-400-04-04
Bakı şəhəri, Mətbuat prospekti ev 6, mənzil 17 ünvanında yerləşən 40 kvadratmetr mənzil 110 min manat start qiyməti ilə satışa çıxarılır. Beh 11 min manat təşkil edir.
“Taxta” tipli “Yamaha-25” mühərrikli qayıq 4 min manat start qiyməti ilə satışa çıxarılır, beh 400 manatdır.
Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Jurnalist” bağçılıq yoldaşlığı, sahə 328/361 ünvanında 0,12 hektar torpaq sahəsi 96 min manat start qiyməti ilə satışa çıxarılır, beh 9,6 min manatdır.
“Hope” markalı, “V8” modelli mobil telefon 7 manatdan ikinci dəfə satışa çıxarılır.
Goranboy şəhəri, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən 264,2 kvadratmetr qeyri-yaşayış binası 330 min 395 manat start qiyməti ilə satışa çıxarılır. Behin məbləği 33 min 39,5 manat təşkil edib.







