Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə bu mərhələdə 29 ailə (115 nəfər) köçürülür. Bununla da kəndə köçürülən ailələrin sayı 118-ə (671 nəfər) çatacaq.
Yurda qayıdışımız mübarək!







