Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

4-cü Şuşa Qlobal Media Forumuna bir neçə gün qalmış yazmışdım ki, belə bir tədbirə gedənlər arasında ayrı- seçkilik salınmasın… Dünən cənab Prezidentin iki saatyarımlıq çıxışı və çoxsaylı suallara cavabları dünyaya bir mesaj, bu tədbirə gedən jurnalistlərə bir örnək idi… Halbuki iki gündür izləyirəm, aparılan eynilərin (həmişəkilərin) hələki özbək jurnalistin yazdığının ondabirini belə yazmamağı qəbuledilməzdir. Mən ikinci Forumda iştirak etmişəm və təvazökarlıqdan min ağac uzaq, Türkiyə mediasında yetərincə yazılar paylaşmışam… Eləcə də həmin ərəfədə Azərbaycan jurnalistlərinin etmədiyi addımı atmışam:iki ölkə mətbuatında Azərbaycan əleyhinə yazıları saytlarından sildirib üzr istətmişəm. Eləcə də Avropa Mətbuat Federasiyasının üzvü statusumdan istifadə edərək “Human Rights Watch”un Qarabağla bağlı yazısına təkzib göndərmişəm, həmin yazıya Hikmət Hacıyevin Ermənistanın işğalçılığı barədə açıqlamasını da əlavə etmişəm, həmin gün xeyrimizə geniş yazı yazaraq, məhz H.Hacıyevin həmin açıqlamasını nümunə çəkərək ermənilərin Bərdə terrorundan geniş reportaj yayımlayıblar və s. Sonra həmin yazımı “Təzadlar”ın elektron poçtuna göndərdilər ki, buyurun, bu da mövqeyimiz…
Yenə soruşuram: foruma aparılanların (jurnalist adı üstündə olanlardan gedir) hansı biri belə bir iş görüb? Şuşa adına and olsun, özüm barədə qətiyyən demirəm, amma jurnalistikadan uzaq olanların, bir ciddi yazı- pozusu olmayanların bu mötəbər Forumda görünməsi jurnalistikamızdakı fərqləri ortaya qoyur! Elə ona görə də narazılıq bitib tükənmir! Hər dəfə deyirik ki, seçiminizi düzgün edin, amma və lakin… Fərq qoyurlar, sonra da deyirlər ki, niyə narazılıq edirsiniz? Biz narazılıq etmirik, bizi narazı salırsınız…
Asif MƏRZİLİ