Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə saxta elanlar və yalan vədlərlə vətəndaşları aldadan şəxslərə qarşı növbəti əməliyyat keçirib. Tezadlar.az nazirliyə istinadla bildirir ki, saxlanılanlar bunlardır: Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov. Onlar müxtəlif üsullarla yüzlərlə insanı aldadaraq pul vəsaitlərini ələ keçiriblər.
Fırıldaqçıların aldatma mexanizmi belə olub:
Ş.Rəcəbov və A.Bədəlov barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslər barədə alternativ qətimkan tədbirləri tətbiq olunub…
Beləliklə, vətəndaşlara çağırış:
• Tanımadığınız şəxslərə onlayn ödəniş etməyin!
• Saxta elanlara aldanmayın!
• Şübhəli hallarla rastlaşdıqda dərhal polisə məlumat verin.

