Türkiyə Ukrayda müharibənin dayandırılması üçün əlindən gələni etməyə ciddi səy göstərir. “Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım”, – deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında belə deyib. Tezadlar.az xatırladır ki, Ərdoğan bildirib ki, böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir: “Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq. Zelenskinin səfəri müharibənin fundamental dinamikasının əhəmiyyətli dəyişikliyə məruz qalacağı bir vaxta təsadüf edir. Müharibədə qalib, sülhdə məğlub olmur. Tərəflər arasında sülhün bərqərar olması üçün çox səy göstərdik. 2022-ci ilin mart ayında İstanbulda iki ölkə arasında birbaşa danışıqlara ev sahibliyi etdik. Qara Dəniz Taxıl Təşəbbüsünə başladıq. Son üç il ərzində biz bütün səviyyələrdə Rusiya və Ukrayna ilə birbaşa əlaqədə olmuşuq”, – deyə Türkiyə Prezidenti əlavə edib. Ərdoğan xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın müharibənin tez və danışıqlar yolu ilə başa çatdırılması üçün diplomatik təşəbbüs irəli sürüb. Zelenski isə öz növbəsində bildirib ki, müharibənin davamlı və təhlükəsiz sülhlə nəticələnməsi üçün səhv edilməməlidir: “Müzakirələr ədalətli olmalıdır. Həm Avropa İttifaqı, həm ABŞ, həm də Ukrayna danışıqlar masasında oturmalıdır. Zəmanət bütün aktorların iştirakı ilə təmin edilməlidir. Hər kəs bunu da bilməlidir ki, biz Rusiyanın ultimatumlarına boyun əymək fikrində deyilik”, – deyə Zelenski əlavə edib.
30 Aprel
- 19:45
- 19:23
- 19:16
- 17:40
- 17:20
- 15:44
- 15:28
- 14:29
- 13:15
- 13:00
- 12:58
- 12:30
- 12:20
- 12:14
- 12:08
- 12:00
- 11:53
- 11:44
- 11:40
- 11:24