Əsas məzmuna keç

8 kəndində qaz kəsiləcək

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, bu, Masallı rayonu ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır.

Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…