Gədəbəydəki avtoqəzada 2 nəfər öldü

Gecə saatlarınada Gədəbəy rayonunda ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilib. Gədəbəydə baş verən qəzada ölən və xəsarət alanların adları məlum olub. Belə ki, qəza zamanı ölənlər rayonun Maarif kənd sakinləri 1981-ci il təvəllüdlü R. Bağırova və 2022-ci il təvəllüdlü U. Həsənovdur. Xəsarət alanlar isə “VAZ-2104″ün sürücü 1981-ci il təvəllüdlü R. Həsənəliyev və “NİVA”nın sürücü 2006-cı il təvəllüdlü R. Şirinovdur. Xəsarət alanlardan R. Həsənəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücü diqqətsizliyi sonda belə qanlı sonluqla nəticələndi.

Elbar

Xəbəri paylaş

Xəbər lenti