5 İyul 2022 / 12:16

841 ŞƏXS İŞLƏ TƏMİN EDİLİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. 300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Proqram üzrə cari ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!