15 Noyabr 2025 / 08:42

BSU rektoru mötəbər tədbirdə çıxış edərək elmimizin inkişafından danışıb

Noyabrın 13-də Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Varşava Universitetində (Polşa) Beynəlxalq Türk Tədqiqatları (İnternational Turkic Studies) Konfransının rəsmi açılış hissəsində çıxış edib. Tezadlar.az çıxışında Azərbaycanın dünya elminə verdiyi töhfələr, Birinci Turkoloji Qurultayın 100 illiyi ərəfəsində qarşıda duran məsələlər, BSU-da polonistika və turkologiyanın mövcud vəziyyəti kimi məsələlərə diqqəti çəkib.
Qeyd edək ki, tədbirin rəsmi açılış hissəsində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyənin və Özbəkistanın Polşadakı səfirləri çıxış ediblər. Konfransın rəsmi hissəsi Varşava Universitetində Azərbaycanın erkən orta əsrlərə dair xəritələrindən ibarət sərginin açılışı ilə başa çatıb.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!