15 Noyabr 2025 / 19:06

Netflix ulduzu kollecdə güllələndi

Netflix-in “Last Chance U” serialında rol aldıqdan sonra şöhrət qazanan məşhur Amerika futbol məşqçisi Con Bim Amerikanın Oklend şəhərindəki kollecdə güllələnib.

Tezadlar.az bildirir ki, bu barədə “The Daily Star” məlumat verib.

Hadisə Laney Kollecinin idman kompleksində baş verib. Naməlum hücumçu 66 yaşlı Bimi işdə olarkən güllələyib. Məşqçi başından güllə yarası alaraq xəstəxanaya aparılıb, lakin orada ölüb.

Polisin məlumatına görə, bu, məqsədyönlü qətl olub. Cinayətkar müşahidə kameraları vasitəsilə 27 yaşlı Sedrik İrvinq kimi müəyyən edilib. Həbs zamanı tapança götürülüb. Məlum olub ki, İrvinq əvvəllər şəhərin orta məktəblərindən birində Amerika futbolu üzrə məşqçilik edib.

Con Bim 40 illik təcrübəsi olan hörmətli məşqçi olub. O, minlərlə gənc idmançıya kömək edib və 20-dən çox tələbəsi sonradan peşəkar olub və ölkənin ən yaxşı futbol liqası olan NFL-də oynayıb. O, təxminən 20 il Laney Kollecində əvvəlcə məşqçi, daha sonra isə idman direktoru kimi çalışıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!