Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Kitab tarixi faktlar, arxiv sənədlər əsasında doğma yurdun yaddaşına, bir kəndin keçmişinə və xalqun tarixini yaşadan insanlara həsr olunub

Mənəviyyatca zəngin, poetik baxışları yüksək olan ziyalılarımızdan biri də Salmanov Saleh Sabir oğludur. İxtisasca həkim olan Saleh həkim olmağına baxmayaraq poeziyaya böyük marağı olan bir insandır. Bunu onun yazdığı şeirlərində, məqalələrində aydın görmək olur. Biz Saleh həkimi onun mətbuatda dərc olunan şeirləri, məqalələri ilə tanımışam. O, şeirlərini Şeyx Saleh imzası ilə dərc etdirirdi.
Onun şeirlərini, məqalələrini, əsərlərini “Yeni Xilaskar” qəzetində də dərc etdirilir. 30 ilə yaxındır ki, Saleh həkim bizim qəzetimizdə əməkdaşlıq edir. Sonradan onun bir neçə şeirləri “Almanax” kitabında da çap olunub. Onu da deyək ki, Saleh həkim Göyçay rayonunun Bığır kəndindəndir. Doğulub boya-başa çatdığı Bığır kəndinin tarixini yazmaq onun çoxdankı arzusu olub. Qismət bu günə imiş. Bu gün o, bu arzusuna nail olaraq kəndin adı ilə bağlı kitabını “Xilaskar Qala” adlandırıb.
Kitabı Bığır kəndinin tartixini əks etdirir. Tarixi faktlar əsasında yazıb.
Kitab kəndin 1918-ci ildə ermənilərin türk xalqına qarşı törətdiyi çirkin əməlləri əks etdirməkdən ibarətdir. Kəndin qorunub saxlanmasında Bığır kəndində Türk dağının böyük əhəmiyyət kəsb etdiyini və bu kəndin xilaskarı olduğu bildirilir. Həmçinin kənddə tarixən müqəddəs pirlər, övliyalar və şeyxlər olub. Görünür, bu kəndin Azərbaycanın xəritəsindən silinməməsində bu müqəddəs yerlərin də olmasının böyük rolu olub. Saleh Salmanovun bu kitabı yazmaqda məqsədi kəndin tarixini gələcək nəsillərə çatdırmaqdır. Və Bığır kəndini Azərbaycanın sirli aləmlərlə dolu tarixi olan nümunəvi kənd olduğunu göstərməkdir. Qalanın adını da (Türk dağı) kitaba verərək “Xilaskar Qala” adlandırıb.
Bu kitab tarixi faktlar, arxiv sənədlər əsasında doğma yurdun yaddaşına, bir kəndin keçmişinə və xalqun tarixini yaşadan insanlara həsr olunub. Burada oxucu təkcə bir kəndin deyil, bütöv bir bölgənin taleyini, qədim köklərini, təbiətini, insanlarını, eləcə də illərin yaddaşında iz buraxmış hadisələri tanıyır.
Mənbələrə, arxiv sənədlərinə və el ağsaqqallarının söylədiyi rəva-yətlərə söykənən bu yazılar həm tarix, həm də mənəvi miras baxı-mından dəyərlidir. Onlarda həm acı xatirələr, həm də şərəfverici sə-hifələr var.
Bu əsər oxucunu keçmişlə bu gün arasında körpü salmağa, yaşadığı torpağın dəyərini, tarixini və ruhunu bir daha duymağa səsləyir.
Biz Salmanov Salehə qələmin iti olsun, yazıb, yaratmağı arzulayırıq.
Nahidə İBRAHİMOVA