Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Gəncədə 40 yaşlı qadın itkin düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya itkin düşən 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızının yaxınları məlumat verib.
Bildirilib ki, qadın dünən günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
İlkin məlumata görə, qadın əsəb xəstəliyindən əziyyət çəkir.
Evdən çıxarkən üzərində qara gödəkçə, göy rəngdə cins şalvar və ayaqlarında ağ idman ayaqqabısı olub.
Faktla bağlı polisə də məlumat verilib.