Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Əslən Gürcüstandan olan və 44 günlük Vətən müharibəsində həlak olan 15 şəhidin xatirəsi əbədiləşdiriləcək”.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mədəniyyət naziri Anar Kərimovun Tbilisidə azərbaycanlı icmanın nümayəndələri ilə keçirdiyi görüşdə deyib. Səfir bildirib ki, Azərbaycanın şanlı zəfərinin ildönümü ərəfəsində gürcüstanlı qəhrəman şəhidlərin əziz xatirəsinin vətənlərində əbədiləşdirilməsi istiqamətində iş aparılır. F.Quliyev deyib ki, Gürcüstanda yaşayan soydaşlarımız daima mənəvi vətənləri olan Azərbaycanın yanındadırlar və ikinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.