23 Noyabr 2025 / 18:35

Goranboyda bədbəxt hadisə 60 ailənin başında çatladı- binanın tavanı çökdü

Bu gün səhər saatlarında Goranboyda yaşayış binasının uçması nəticəsində 60 ailə çöldə qaldı. Eləcə də nəticədə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bu barədə tezadlar.az- ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Digər şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Beləliklə, binamın tavanının və divarının uçması ilə 60 ailə binadan köçürülüb. Hazırda icra hakimiyyəti onların müvəqqəti yerləşdirilməsinə çalışır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!