24 Noyabr 2025 / 14:47

Ukraynanın məğlubiyyətindən yox, Rusiyanın rüsvayçı aqibətindən söz gedə bilər…

Tezadlar.az Xarkovda yaşayan Bəhruz Həsənlinin  bu yazısını təqdim edir. Olduqca düşündürücüdür: “Müxtəlif sosial səhifələrindən Ukrayna ilə bağlı şəxsimə yazılan narahatçılıqlara burdan səmimi olaraq cavab verirəm: dostlar, tanışlar, qətiyyən nə məyus olun, nə də ümidsiz. Ukraynada, məhz cəbhə şəhəri Xarkovun Rusiya sərhədi ilə yaxın məsafədə yaşayan biri kimi deyirəm ki, müharibəni uduzmaq, təslim olmaq və s.kimi heç bir mövzu yoxdur və müzakirə mövzusu olada bilməz! Nəzərə alın ki, Rusiya xüsusi xidmət orqanları dünya mətbuatı ilə pul müqabilində ciddi işləyirlər, tozanaq yaradırlar və s.əslində isə, sifarişlə mətbuat səhifələrində yazılan məlumatlar, məqsədli şəkildə şişirdilir. Ukraynada əvvəlki illərlə müqayisədə ciddi heç bir problem yoxdur. Problem yalnız başda Kiyev olmaqla bir neçə şəhərdə elektrik enerjisi çatışmazlığı var və bu kimi problemlər də, növbə ilə işıqları 3-4 saat söndürməklə həllini tapır. Qaldı ki, ABŞın təklif etdiyi 28 bənddən ibarət təklif, bu o demək deyil ki, Ukrayna ordusu, Ukrayna xalqı və Ukrayna prezidenti təslim olur və s. qətiyyən belə bir şey yoxdur və ola da bilməz! Bu mövzu şüurlu şəkildə Putini boğulmaqdan müvəqqəti olaraq qorumaq, Rusiya cəmiyyətində “ümid” yaratmaq, tam əksinə olaraq isə, Ukrayna cəmiyyətində ümidsizlik yaratmaq, içtimai rəyi Volodimir Zelenskinin əleyhinə çevirmək və bu şərtlərdən istifadə edərək, Ukrayna xalqı ilə bir yerdə olan hakimiyyəti siyasi səhnədən silmək. Çünki, Rusiya və Qərb dövlətlərinə Volodimir Zelenski kimi xalqa söykənən, hər gün canlı yayıma çıxıb xalqa izahat verən, xalqı mübarizəyə, ləyaqətli olmağa səsləyən prezident sərf etmir. Həmişə olduğu kimi, onlara əvvələr olan prezidentlər kimi prezident lazımdır!”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!