Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Noyabr 2025 / 18:20

“Zəngəzur dəhlizi regiona fayda gətirəcək və…”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması bütün region üçün, o cümlədən nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni perspektivlər açır”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Parlamentin sədri Şalva Papuaşvili bunu jurnalistin Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanın Orta Dəhlizdəki mövqeyini itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında bildirib. O, Zəngəzur dəhlizinin tikintisi təşəbbüsünü alqışlayıb. Qeyd edib ki, bu, bütün regiona fayda verəcək: “Bu, həm rəqabətin inkişafı, həm də yük daşınması üçün şəraitin yaxşılaşdırılması üçün vacibdir. Bu, özlüyündə regional sabitliyin bir siqnalıdır və region iqtisadiyyatına investisiyaların artımına və genişlənməsinə kömək edəcək”. O həmçinin qeyd edib ki, Orta Dəhliz Cənubi Qafqaz regionunda investisiyaları artıracaq və yeni perspektivlər yaradacaq. O, Orta Dəhlizlə bağlı fikirlərini bildirərək, layihənin həm Gürcüstan, həm də bütün region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Ş.Papuaşvili Orta Dəhlizin açılmasının infrastruktur və iqtisadiyyat baxımından ciddi üstünlüklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, dəhliz ətrafında infrastruktur layihələrinin inkişafı ilə yanaşı, ümumilikdə regiona investisiyaların artması gözlənilir: “Bu, həm dəhliz ətrafında infrastruktur investisiyalarını, həm də ümumilikdə regiona investisiyaları artıracaq. Biz təşəbbüsü yalnız alqışlayırıq”. Parlamentin spikeri bəzi tənqidçilərin Orta Dəhlizin Gürcüstanın maraqlarına zidd olduğu barədə fikirlərinə belə cavab verib: “Bu tənqidin müəlliflərinin kim olduğuna baxmaq maraqlıdır. Məqsəd regionu inkişafdan saxlamaq və təzyiq altında saxlamaqdır. Halbuki bu sülh sazişi bütün region üçün yeni perspektivlər açır. Bu, təkcə nəqliyyat dəhlizi funksiyası deyil – bu, bəzi ölkələrə əlavə yük deyil, əksinə, infrastrukturun inkişafı və daşıyıcılar üçün daha cəlbedici şəraitin yaradılması deməkdir”. Ş.Papuaşvili əlavə edib ki, rəqabətin artması dəhlizin cəlbediciliyini daha da yüksəldəcək və bu, regionda sabitlik siqnalı kimi çıxış edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!